"Mürəkkəb sözlər" mövzusunda nümunəvi dərs

"Mürəkkəb sözlər" mövzusunda nümunəvi dərs keçirilib.

  Məktəbin Fəaliyyət planına uyğun olaraq ibtidai sinif aylığı çərçivəsində nümunəvi dərslər davam edir.Növbəti dərsi dekabrın 21-də Aygün Ağayeva 3b sinfində Azərbaycan dili fənni üzrə "Mürəkkəb sözlər" mövzusunda tədris edib.

Məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqindən ibarət olmuşdur.

Nümunəvi dərsdə qruplarla, kollektivlə iş formalarından, klaster, anlayışın çıxarılması, karusel kimi iş üsullarından istifadə olunmuşdur. Şagirdlər seçmə imla əsasında sadə və mürəkkəb sözləri təsnif edərək, verilmiş tapşırıqlar əsasında mürəkkəb sözləri qruplaşdıraraq, verilmiş şəkillər əsasında mürəkkəb sözləri taparaq iş vərəqələrində qeyd ediblər. Qrupların təqdimatı dinlənilib və müzakirə olunub.

Dərsdə şagirdlərin əməkdaşlığı və fəallığı təmin olunub. İş vərəqələrində yerinə yetirdikləri tapşırıqlara əsasən qiymətləndirmə aparılıb.

Müşahidəçi qismində dərsdə iştirak edən məktəb rəhbərliyi və müəllimlər tərəfindən dərs barədə müsbət fikirlər söylənildi.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #EduAz #BakuEduAz #Məktəb84 #Nümunəvidərs

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi