Dəyirmi masa

   Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi.

Tədbirlər planına əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Əliyevanın təşkilatçılığı ilə 8a sinif şagirdləri məktəbin kitabxanasında Ulu Öndərin Anım gününü yad etdilər.

Məqsəd Ulu Öndər Heydər Əliyevin ictimai xadim kimi fəaliyyətini ,elm və təhsil sahəsində xüsusi rolunu bir daha şagirdlərin nəzərinə çatdırmaq, xalq qarşısındakı misilsiz xidmətlərini xatırlatmaqdan ibarət olmuşdur. Şagirdlər Ulu Öndər Heydər Əliyev haqqında məlumat verdilər, şeir söylədilər, anım gününə həsr olunmuş divar qəzetini nümayiş etdirdilər.

#BŞTİ #Məktəb84 #BakuEduAz #Anımgünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi