“Ana Dilimiz Milli Sərvətimizdir” mövzusunda tədbir keçirilib

        Məktəbin illik fəaliyyət planına uyğun olaraq dil-ədəbiyyat aylığı çərçivəsində fevralın 20-də Azərbaycan dili müəllimi Məlahət  Alməmmədovanın təşkilatçılığı və 6”C”, 8”A”  sinif şagirdlərinin iştirakı  ilə  “Ana Dilimiz Milli Sərvətimizdir” mövzusunda tədbir  keçirilib.

      Tədbirin əsas məqsədi ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.  

      Tədbirdə   dil haqqında dəyərli fikirlərdən, ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş bəhs edilib. Şagirdlərin mövzu ilə bağlı çıxışları dinlənilib və mövzuya uyğun videoçarxlar nümayiş olunub.   

        

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi