“Qarabağın məşhurları” mövzusunda sinif təşkilat saatı keçirilib

     Yanvarın 15-də"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Tədbirlər Planına uyğun olaraq uyğun olaraq ibtidai sinif müəllimi Günay Əliyevanın rəhbərliyi  və 2”Ç” sinif şagirdlərinin iştirakı ilə Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbəmizə həsr olunmuş “Qarabağın məşhurları” mövzusunda sinif təşkilat saatı keçirilib.

      Məqsəd  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi,Qarabağın görkəmli şəxsiyyətləri barədə məlumatların verilməsidir.

      Virtual məktəb platforması üzərindən təşkil olunan tədbirdə qeyd olunub ki, Qarabağ Azərbaycan mədəniyyətinin bir çox görkəmli sənətkarlarının, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. Şagirdlərin təqdimatında  Əlif Hacıyev, Üzeyir Hacıbəyov, Xan Şuşinski, Rəşid Behbudov və digər şəxsiyyətlər barədə təqdimatlar edilib, fikirlər müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi