"Ana harayı" abidəsi ziyarət olunub

       Xocalı soyqırımının 28-cı ildönümü ərəfəsində faciə qurbanlarını yad etmək üçün fevralın 20-də məktəbin 9-cu sinif rəhbərləri Solmaz Əsgərova və Mehriban Əmikişiyevanın  təşkilatçılığı və 9-cu sinif  şagirdlərinin iştirakı ilə Xətayi rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsi ziyarət olunub.

     Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığınlın formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir.   

       Abidənin önünə gül dəstələri qoyulub, faciə qurbanlarının ruhuna ehtiram bildirilib. Müəllimlər tərəfindən 28 il bundan əvvəl Xocalıda sakinlərə qarşı erməni silahlı qüvvələri tərəfindən törədilən faciənin dəhşətlərindən söz açılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi