Dünyaya Sülh!

4 mart 2019-cu il tarixdə 83 nömrəli məktəb-lisey Dünyanın 109 ölkəsi ilə "Dünyaya Sülh!" mövzusunda tele-körpüdə Azərbaycan Respublikasını təmsil etmişdir. Tədbir Azərbaycan Respublikası Veteranlar Təşkilatının təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələr, Müharibə və Əmək Veteranları Təşkilatının üzvləri - ehtiyatda olan polkovniklər Adil Haqverdiyev, Elşad Şabanov, Telman Hətəmov, AVT-nin əməkdaşı İsmayıl İsmayılov və başqaları iştirak etmişlər. Canlı yayımda AVT-nin Nərimanov Rayon Təşkilatının sədri, istefada olan polkovnik Elşad Şabanov, məktəb-liseyin 11-ci sinif şagirdi Əzim Niyazov çıxış etmişlər. Çıxışlarda erməni şovinzmi lətətlənmiş, dünyanın tərəqqipərvər qüvvələrinin ona qarşı çıxması vurğulanmışdır. Tədbirin hazırlanmasında və keçirilməsində fərqlənmiş Nəbi Mahmudov, Sevinc Raziyeva, Xalidə Sadıqova, Aybəniz Əliyeva, Fatma Hacıyeva, Əzim Niyazov, Fidan Babayeva və Ayla Ədilovaya AVT-nin Fəxri Fərmanları təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi