Məktəb-liseydə "İdman həftəsi" təşkil edilib

Məktəb-liseydə fiziki fəaliyyətin təşviqi, sağlam həyat tərzinin formalaşdırılması və birlik ruhunun gücləndirilməsi məqsədilə "İdman həftəsi" təşkil edilib.
Şagirdlərin idmana olan marağınının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı məqsədi ilə məktəb-liseydə "İdman həftəsi" çərçivəsində müxtəlif növ idman yarışları, viktarinalar keçirilib.
İdman həftəsi çərçivəsində şagirdlərin müxtəlif idman növləri ilə bağlı məlumat əldə etməsi ilə bağlı sinif rəhbərləri və fiziki tərbiyə müəllimləri tərəfindən mövzuya dair maarifləndirici təqdimatlar təşkil olunub. Təşkil edilmiş idamn yarışları, viktarinalarda qalib olan komandalar təltif edilib.