“Öyrənməni öyrədək!” “Mən bunu necə edirəm?” TEDx tədbiri

4 mart 2025-ci il tarixində məktəb-liseyin müəllimləri ilə “Öyrənməni öyrədək!” “Mən bunu necə edirəm?” TEDx tədbiri təşkil olunub. Tədbirdə məktəb-liseyin biologiya müəllimi Kəmalə İslam “ Gələcəyimizi keçmişimizin kölgəsində qoymayaq!”, coğrafiya müəllimi İdris Abıyev “ Nəfəs alırsansa həyat davam edir…” və musiqi müəllimi Aytən Məmmədova “ Öz uğurunu özün yaz: hekayənin baş rolunda sən ol!” mövzularında təqdimatla çıxış etdilər. Bu görüş, spikerlərin maraqlı, həyatın keçməkeşli hadisələriylə dolu çıxışlarını diqqətlə dinləyən IX-XI sinif şagirdləri üçün gələcəklə bağlı hədəflərinə çatmağa və sabaha inamlı addımlarla irəliləməyə motivasiya oldu.