"Mən yeniyetməyəm” mövzusunda psixoprofilaktik seminar keçirilib

11 mart 2025-ci il tarixində məktəb-liseyin 6-cı sinif qız şagirdləri ilə “Mən yeniyetməyəm” mövzusunda psixoprofilaktik seminar keçirilmişdir. Seminarda yeniyetməlik yaşı dövrünün xüsusiyyətləri, bu yaş dövründə yaşanan emosional vəziyyət haqqında şagirdlərə ətraflı məlumat verildi. İnteraktiv keçən seminarda şagirdlər öz fikirlərini söylədilər, onları maraqlandıran suallar cavalandırıldı. Seminarda 81 nəfər iştirak edib.
Bu seminar, yeniyetmələrin psixoloji sağlamlığını qorumaq və emosional çətinliklərlə mübarizə aparmaq yollarını öyrətmək məqsədilə təşkil olunub. Tədbirdə psixoloq və təcrübəli mütəxəssislər, yeniyetmələrin öz duyğularını idarə etməsi, streslə mübarizə metodları və özünə inamın artırılması barədə interaktiv təqdimatlar və qrup müzakirələri aparıblar.