“Düşünən şagird” müsabiqəsinin qalibləri bəlli olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Düşünən şagird” müsabiqəsinin qalibləri bəlli olub.
Müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin Vlll-Xl sinif şagirdləri iştirak edib.
Müsabiqənin nəticələrinə əsasən məktəb-liseyin 3 şagirdi təltif edilib. Beləki, 11B sinif şagirdi Şəms Kərimli II yer, 9 A sinif şagirdi Fuad Atayev xüsusi fəallıq göstərdiyinə görə Tərifnamə, 8C sinif şagirdi Aysu Əli Təşəkkürnamə ilə təltif olunub. Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.
Müsabiqənin keçirilməsində əsas məqsəd təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir.