Tarix və Etnologiya İnstitutunda bir gün

18 Yanvar 2024-cü ildə 83 Nli məktəb-liseyin müəllimləri Natavan Mustafayeva, Akif Teyli və yuxarı sinif şagirdləri ilə AMEA A.Bakıxanov adına Tarix və Etnologiya  İnstitutunun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, tarixşünaslıqda olan yeniliklər, Azərbaycanın qədim və müasir tarixi, Türk xalqlarının tarixi,”Əliyevşünaslıq” və Qərbi Azərbaycan tarixi sahəsində olan yeniliklərlə tanış olmaq, elm və təhsilin inteqrasiyasına nəzər salmaq üçün  İnstitutda görüş  keçirib. Görüşdə AMEA A.Bakıxanov adına Tarix və Etnologiya  İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev, Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor Mais Əmrahov, şöbə müdiri tarix elmləri doktoru Tofiq Nəcəfli və  Təhsil şöbəsinin müdiri Elçin Məmmədli iştirak edib. 
    Görüş zamanı Akif müəllim 83 Nli məktəb-lisey, məktəbin fəaliyyəti, orada keçirilən müxtəlif layihələr, tədbirlər və qazanılan uğurlar, Natavan müəllimə isə məktəbin tarix fənn metodbirləşmə bölməsinin keçirdiyi tədbirlər haqqında məlumat verib. Tədbirdə İlqar müəllim tarix sahəsində olan yeniliklər və  institutda aparılan əsas elmi-tədqiqat işləri, Azərbaycanın qədim və müasir tarixindən, Qarabağ və Qərbi Azərbaycan tarixi  haqqında şagirdlərə məlumat vermişdir. Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov Azərbaycan Respublikasının tarixinə aid dörd cildlik və Ulu öndər Heydər Əliyevin və  Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti, dövlət quruculuğuna həsr olunan əsərləri, xüsusən İkinci Qarabağ müharibəsi və ondan sonrakı illərdə gördükləri işlər əsasında  yazdıqları kitablar haqqında ətraflı məlumat verib. Mais müəllim həmin kitabların bir neçəsini şagirdlərimizə hədiyyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi