“20 yanvar- Ümumxalq Hüzn gününə" həsr edilmiş dəyirmi masa keçirilib
Bu gün Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhramanlıq səhifəsi kimi daxil olmuş, Qanlı 20 Yanvar hadisələrindən 34 il keçir. Məktəb-liseyin tarix müəllimi Natavan Mustafayeva VIII-X sinif şagirdlərinin iştirakı ilə “20 yanvar-Ümumxalq Hüzn günü”-nə həsr olunan dəyirmi masa keçirib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra müəllimə şagirdlərə 1990-cı ildə baş verən hadisələr və onların səbəblərindən bəhs edib, video sujetlər təqdim olunub. Şagirdlərin fikirləri dinlənilib, sualları cavablandırılıb.