"Həmrəyliklə gələcəyə" adlı tədbir keçirilib

31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

30.12.2023-cü il tarixində məktəb-liseydə "31 Dekabr dünya Azərbaycanlılarının Həmrəylik Günü"və "Yeni il" münasibətilə “Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir məktəb-liseyin Azərbaycan və rus bölməsində təhsil alan 5-ci sinif şagirdlərinin iştirakı ilə təşkil olunub. Şagirdlərin ifasında maraqlı səhnəciklər, şeirlər, rəqslər, mahnılar tədbirə rəngarənglik qatdı. Sonda şagirdlər insanları həmrəyliyə, sülhə səsləyən şüarlar söylədilər.

Məktəb-liseyin kollektivi adından xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, can sağlığı arzulayırıq. Bu gün bizim həmrəyliyimiz Qarabağ deyir, Qarabağ ətrafında birləşir. Həmrəyliyimiz daimi və möhkəm olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi