“Dahilər dahisi çağrılır adın” adlı tədbir keçirilib

29 dekabrda məktəb-liseydə “Heydər Əliyev İli” çərçivəsində təsdiq edilən Tədbirlər Planına əsasən ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Dahilər dahisi çağrılır adın” adlı yekun tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası yolunda canlarından keçən Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Almaz Bayramova “Heydər Əliyev İli” çərçivəsində məktəb-liseydə silsilə tədbirlər keçirildiyini, ümummilli liderin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə geniş təhlillər aparılaraq gənc nəslə çatdırıldığını bildirib. Dahi şəxsiyyət Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl yaradıb. Məhz bu möhkəm təməl üzərində ucalan müasir Azərbaycan davamlı uğurları ilə dünyanın diqqət mərkəzindədir.

Tədbirdə Heydər Əliyevin çox sevdiyi “Azərbaycan” şeiri səsləndirilib, şagirdlər tərəfindən şeir kompozisiyları, mahnılar ifa edilib, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi