"Uşaqlar necə səhv edirlər" mövzusunda valideynlərlə görüş keçirilib

26 dekabr 2023-ci il tarixində məktəb-liseydə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2023-cü il tarixli 3-29-59/3-2-170F/2023 № li əmri ilə təsdiq edilmiş “Ailəm və məktəbim “ layihəsi çərçivəsində “Uşaqlar necə səhv edirlər?” mövzusunda IV-VIII sinif şagirdlərinin valideynləri ilə dəyirmi masa təşkil olunub.

Görüşdə məktəb-liseyin psixoloqu mövzu ilə bağlı məlumat verərək valideynlərə müvafiq tövsiyələr verdi. Dəyirmi masa arxasında həmçinin "Şagirdlərin yaş dövrləri", “Uşaqlarla necə dialoq qurulmalı?”, "Məişət zorakılığı və ailədaxili zorakılıq" kimi mövzular ətrafında müzakirələr aparıldı. Həmçinin görüşdə uşaqların təlim fəaliyyətinə, davranışına, sağlamlığına, psixoloji durumuna təsir göstərən məsələlərə toxunulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi