“Yaradıcı müəllim” müsabiqəsinin qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin qalibləri bəlli olub. Müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri iştirak edib.

Müsabiqənin nəticələrinə əsasən 83 Nli məktəb-liseyin müəllimləri Şahverdiyeva Vəfa və Eminova Səbinə fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunublar. Müəllimlərimizi təbrik edir, yeni uğurlar arzulayırıq.

Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi