"Ən yaxşı məktəb saytı" qalibləri mükafatlandırılıb

Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunan “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilən tədbirdə İdarənin müdir müavini Anar Məmmədov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2022-2023-cü tədris ilinin nəticələrinə görə, Binəqədi rayonu üzrə 83 nömrəli məktəb-lisey münsiflər heyəti tərəfindən qalib seçilib. Müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi