SAF-2023-dəki uğurumuz

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində ölkənin və dünyanın təhsilalanları üçün təşkil edilən SAF-2023-də (STEAM Azerbaijan Festival) məktəb-liseyin 11E sinif şagirdi Əli Məmmədli I yerin qalibi olub.

Əli Məmmədli festivalın FLL (First Lego League) “Əsas dəyərlər” kateqoriyası üzrə qalib seçilib.

Qeyd edək ki, bu il üçüncü dəfədir ki, keçirilən SAF-2023-ün əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, bilik və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşlıqları üçün şərait yaratmaqdan ibarətdir. 

Layihə, həmçinin dünyada bu istiqamətdə yarış və olimpiadalarda iştirak etmək üçün yerli olimpiadaların təşkili, sistemli və mərkəzləşdirilmiş şəkildə ilkin seçim və hazırlıq imkanı yaradır. 

Şagirdimizi təbrik edir, yeni uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi