Fövqəladə hallar zamanı nə etməli?

Fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblilərin maarifləndirilməsi məqsədilə məktəb-liseydə silsilə tədbirlər keçirilir.

Məktəb-liseyin Gağırışaqədərki hazırlıq rəhbəri Elşad Qurbanov tərəfindən “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda yuxarı sinif şagirdləri ilə tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məktəblilərə müvafiq biliklərin verilməsidir. Həmçinin tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirdə məktəblilərin sualları ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi