Fövqəladə hallarda davranış qaydaları
Məktəb-liseydə “Fövqəladə hallarda necə davranmalı?” mövzusunda dərslər təşkil edilib.
3D və 7Ç siniflərində təşkil edilən dərslər nəzəri və praktik olmaqla iki hissədən ibarət olub Nəzəri hissədə sinif müəllimləri şagirdlərə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Yanğın, partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Əleyhiqaz və ya respirator maskaların düzgün istifadəsi”, “Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları” kimi mövzularda zəruri məlumatlar veriblər.
Daha sonra mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib.Həmçinin şagirdlər dərs prosesində baş vermiş fövqəladə hallar zamanı zəruri və ilkin davranış qaydaları ilə bağlı səhnəciklər nümayiş etdiriblər.