Şagirdlərimiz iİntellektual yaışda qalib oldular

Heydər Əliyev Mərkəzində orta ümumi təhsil məktəblərinin şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” adlı III intellektual yarış keçirilib.

Yarış Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində keçirilib.

Layihənin əsas məqsədi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsindən ibarətdir.

Yarışda Bakı şəhərinin 55 orta ümumi təhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edib. Məktəb-liseyin şagirdləri 55 məktəb arasında aparılan yarışda IV yerin qalibi olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi