Ulu öndərimiz

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş ümumilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir.
Ulu öndər Heydər Əliyevin doğum günü məktəbin bütün kollektivi tərəfindən böyük hörmət və sevgi ilə anılıb.
Bu gün məktəbdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Safura İbrahimli və “Xor” dərnəyinin rəhbəri musiqi müəllimi Yeganə Əhmədovanın təqdimatında tədbir keçirildi. Tədbirdə H.Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi, “Xor” dərnəyinin üzvləri Ümummilli Liderə həsr olunmuş mahnılar səsləndirdi və şerlər söylədilər.