BİRİNCİLƏR NAĞILLAR ALƏMİNDƏ

Birincilər bu gün həyatda ən vacib addımlardan birini atdılar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar. Bu nailiyyəti birincilər səhnədə qeyd etdilər. Birincilərin birinci dəfə səhnədə tamaşaçılar qarşısında çıxışlarının şahidi olduq. Məktəbimizin 1A sinfi müəllimləri Hüseynzadə Minaxanım ilə birlikdə “Nağıllar aləminə səyahət”ə çıxdılar. Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər.
Bayram çox təntənəli və maraqlı keçdi. Uşaqlar oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdirdilər.