Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya

Məktəbin 3B sinfinin şagirdləri Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya ediblər. Sinif rəhbəri Mehriban Fətəliyevanın və valideynlərin təşəbbüsü ilə gerçəkləşən ekskursiya zamanı şagirdlər Qobustan qoruğunda mühafizə edilən qədim insan və heyvan təsvirləri, ov, qayaüstü döyüş və rəqs səhnələri ilə tanış olublar. Şagirdlər orada fəaliyyət göstərən muzeylə də tanış olublar.
Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaq və məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaqdan ibarətdir.