Məktəbdə idarəetmə və pedaqoji işin təşkili ilə bağlı ehtiyaclar və tövsiyələr

ADPU-nin II tədris ili magistrantlarının elmi-tədqiqat, elmi-pedaqoji və istehsalat (idarəetmə) təcrübə keçmələri üçün məktəbimizin rəhbər heyəti ilə “Məktəbdə idarəetmə və pedaqoji işin təşkili ilə bağlı ehtiyaclar və tövsiyələr” mövzusunda interaktiv görüş keçirilmişdir.
Görüşdə məktəbimizin və universitetin rəhbərliyi, professor-müəllim heyəti və magistrantlar iştirak ediblər. Görüşdə Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, məktəbimizin rəhbər heyəti tələbələri maraqlandıran suallara ətraflı cavab verdilər, bilik və təcrübə mübadiləsi aparıldı.