Kitab ruhun dərmanıdır

“Kitab ruhun dərmanıdır.” Yapon atalar sözü “Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir.” Frensis Bekon Bu aforizmləri rəhbər tutaraq biz də şagirdlərimizə kitab oxumağı sevdirmək məqsədi ilə mütəmadi olaraq təşkil olunmuş kitab sərgilərinə və kitabxanalara ekskursiyalar təşkil edirik.
Məktəbimizin 4A sinif şagirdləri paytaxtda təşkil olunmuş 4-cü Uşaq Kitab Festivalında iştirak ediblər. Şagirdlərə hədiyyə olunmuş “Mənim kitab daxılım” adlı daxıla özlərinin yığdıqları pullarla müxtəlif kitablar alıblar.