ERKƏN NIKAHA YOX DEYƏK

Məktəbin tədbirlər planına əsasən VIII-X sinifləri ilə ''Erkən nikaha yox deyək'' mövzusunda psixoprofilaktik söhbət aparıldı. Dərsdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Safura İbrahimli və psixoloqu Səbinə Əlizadə söhbət zamanı erkən nikahın fəsadlarından danışıdılar. Nikah yaşına çatmamış şəxslərin ailə qurması, bu nikahın heç bir hüquqi qüvvəyə malik olmaması, qanunsuz hesab edilməsi barədə şagirdlərə məlumat verildi.
Mövzu ilə bağlı məktəbin həkimi Tamilla Məmmədova və tibb bacısı Lalə Şıxəliyeva da çıxış etmişdir. Tədbirin məqsədi şagirdləri erkən nikahın psixoloji, sosial, iqtisadi və hüquqi aspektlərindən məlumatlandırmaq, maarifləndirmək xarakteri daşıyırdı. Məktəbin UBR-i Kəmalə Əzimova şagirdlərə mövzu ilə əlaqədar videoçarx nümayiş etdirdi. Sonda şagirdlər dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.