Novruz şənliyi

Novruzun xalqımız üçün necə əhəmiyyətli, qəlbləri sevindirən, yeni həyat gətirən, ən çox sevilən bayram olduğunu bilirik. Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayramı xalqımız həmişə sevə-sevə qeyd etmişdir. Həmin gün bayram süfrəsi açılır, tonqal qalanır, bərəkət rəmzi olan aş dəmlənir, səməni, xonça bəzədilir. Bayramda qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələrimiz yaşadılır.
Məktəbdə Novruz şənliyi siniflərdə təmtəraqla qeyd edildi. Şagirdlər milli geyimlərdə rəqslər, şeirlər, Novruzun tarixi haqqında təqdimatlar verdilər.