İdman həftəsi

1-7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Elm və Təhsil nazirinin müvafiq əmri ilə məktəbdə "İdman həftəsi"nin keçirilməsinə start verilib. Qeyd edək ki, "İdman həftəsi"nin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
Məktəbin fiziki tərbiyə fənn kafedrası bu məqsədlə bir çox tədbirlər həyata keçirir. Belə ki, məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət “İdman həyatdır” mövzusunda sərgi təşkil edildi.