Azad Xocalı

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalı faciəsini bir daha yad etmək, onun mahiyyətinin şagirdlərə anlatmaq məqsədilə məktəbdə bu faciənin 33-cü ildönümü ilə əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq tədbirlər həyata keçirilmişdir.
Belə ki, məktəbin akt zalında “Azad Xocalı!” -adlı tədbir keçirildi. Şagirdlər çıxış edib, Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı, qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik nümunəsi olduğunu qeyd etdilər. 26 fevral 2025-cü il tarixdə məktəb üzrə ilk dərslər Xocalı faciəsinin 33-cü ildönümünə həsr edildi.