Fövqəladə hallar zamanı davranış qaydaları

       Bu gün məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd məktəbin şagird və müəllim kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması oldu. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Fərid Həsənov, məktəb kollektivi iştirak edib.Tədbirdə çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayıb, hər bir vətəndaşın mümkün fövqəladə hal barədə zəruri davranış qaydaları barədə məlumatlı olmasının faydasını qeyd ediblər.

      Daha sonra FHN-in əməkdaşı tərəfindən məktəb kollektivinə müxtəlif təbii və texnogen xarakterli fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi