Milli Musiqi Günü, musiqi ruhun qidasıdır.
Bugün 18 Sentyabr - Milli Musiqi Günüdür. Milli Musiqi Günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Bu gün məktəbimizin 4C sinif şagirdləri, sinif rəhbəri Quliyeva Samirə, məktəbin praktik psixoloqu Əlizadə Səbinə və uşaq birliyi rəhbəri Əzimova Kəmalə şagirdləri bu mövzuda maarifləndirdilər və Rəşid Behbudov adına Mahnı Teatrının həyətində keçirilən musiqili tədbirində iştirakını təmin etdilər.