Jasmin Allahverdili Vasif
Məktəbin 6 A sinif şagirdi Allahverdili Jasmin Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən solo kapoeyra üzrə Bakı birinciliyi və çempionatında I yeri tutaraq, medal və diplomla təltif edilib.
İstedadlı şagirdimiz eləcədə Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və "EMEDIA GROUP" Media təşkilatının birgə təşkilatçılığı ilə "1-ci Uşaq Teatr Festivalı"nda teatra və səhnəyə marağını nümayiş etdirərək yüksək yaradıcılıq və səhnə performansına görə II yerə layiq görülüb, diplom və medalla təltif edilib.
Şagirdimizə gələcək işlərində yeni nailiyyətlər arzu edirik.
Aqil Rzayev Tural
İtaliyada keçirilən Malta-2024 Karate üzrə Dünya çempionatında məktəbimizin 9B sinif şagirdi Rzayev Aqil 15-17 yaş kateqoriyası üzrə uğurla çıxış edərək birinci yerə layiq görüldü, medal və kubokla təltif edildi.