Zərərli vərdişlər haqqında sinif saatları keçirilir
Noyabrın 1-də məktəbin Fəaliyyət planının 1.3.5-ci bəndinə uyğun olaraq məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması, sanitar-gigiyena rejiminin gözlənilməsi ilə əlaqədar 3"B" və 6"E" siniflərində sinif rəhbərləri Bülul Abdullayeva və Yeganə Hüseynova təşkilatçı Z.Zülfüqarov və psixoloq Y.Cabbarovanın iştirakı ilə zərərli vərdişlər haqqında sinif saatı keçmişdilər.