"Uşaq hüquqları" aylığına həsr olunmuş sinif saatları keçirilir

Oktyabrın 31-də 5"D", 6"Ə" və 9"D" siniflərində sinif rəhbərləri Yelena Arslanova, Zührə Əliyeva, Sitarə Şirəliyeva və psixoloqun iştirakı ilə "Uşaq hüquqları" mövzusunda təşkilat saatları keçirilib. Müəllimlər uşaq hüquqlarının qorunması, uşaqlara göstərilən diqqət və qayğı haqqında geniş məlumat verib.

Azərbaycanda da uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd edilib.

 Bildirilib ki, artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur.

 Şagirdlər çıxış edərək uşaqların hüquqları ilə bağlı fikirlərini bildirdilər. Suallar cavablandırılıb.

Qeyd edək ki, ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir.

Aylığının keçirilməsinin əsas məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Dərslərdə məktəb rəhbərliyi də iştirak edibdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi