"Fizika maraqlıdır" adlı tədbir keçirildi
Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Oktyabr ayı məktəbdə fizika aylığı elan olunmuşdu.
Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Aylığın tədbirlər planına müvafiq olaraq məktəbin fizika müəllimləri Esmira Bekerova və Sitarə Şirəliyevanın təşkilatçılığı ilə oktyabrın 25-də "Fizika maraqlıdır" adlı əyləncəli tədbir keçirdilər.