“Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin məktəb mərhələsi keçirilir

Bildiyimiz kimi Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2019-cu il “Nəsimi ili” elan edilmişdir.

 Mütəfəkkirin bədii yaradıcılığının tədqiqi Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə, irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə marağını artırmaq məqsədilə Azərbaycan Respublikası Təhsil nazirinin 14.02.2019-cu il tarixli, F-82 nömrəli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədəəmrinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 fevral 2019-cu il tarixli, F-107 nömrəli əmrinə müvafiq olaraq 2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsi keçirilir. Oktyabrın 24-də məktəbdə müsabiqənin məktəb mərhələsi keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi