Nümunəvi dərs keçirilir
Məktəbin illik Fəaliyyət Planının 1.2.4-cü bəndinə uyğun olaraq gənc müəllim –peşəkar müəllim vəhdətinin yaradılması istiqamətində işin qurulması, gənc müəllimlərin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, özünə inamın artırılması, yaradıcı işə meylinin gücləndirilməsi məqsədilə nümunəvi dərslər təşkil olunur. Oktyabrın 16-da 4"F" sinfində Aynur Hacıyeva nümunəvi dərs keçmişdir. Dərsdə məktəb rəhbərliyi və metodbirləşmə sədri ilə yanaşı gənc müəllimlər də iştirak edirdilər.