Şagirdlərin yazı bacarıqları yoxlanılır
Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır.
Oktyabr və noyabr ayı məktəbdə ibtidai siniflər aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Aylığın tədbirlər planına və məktəbin illik Fəaliyyət Planının 1.1.2.6-cı bəndinə uyğun olaraq oktyabrın 2-dən başlayaraq şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması vəziyyətinin öyrənilməsi məqsədilə məktəb rəhbərliyinin və metodbirləşmə sədrinin iştirakı ilə yoxlama imlalar yazdırıldı.