"Valideynin məktəbdə bir günü" layihəsi keçirilir

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması və BŞTİ- nin 28.01.2019-cu il tarixli F-66 №-li əmrinin icrasının təmin edilməsi məqsədilə mayın 27-də Bakı şəhəri 76 №-li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi.Tədbirin rəsmi hissəsini məktəbin direktoru Nəsimi Quliyev açaraq təhsil müəssisəsində 2018-2019-cu tədris ilində görülmüş işlərin hesabatını verdi. Valideynlərin rəy və təklifləri dinlənildi. Sonra valideynlər məktəbin birinci növbəsində fəaliyyət göstərən 1,4,6-11-ci sinifləri olmaqla 40 sinifdə dərslərdə iştirak etdilər. Dərslərdən sonra valideynlər üçün akt zalında seminar keçirildi və valideynlərin dinlədikləri dərslər haqqında təəssüratları dinlənildi. Valideynlər məktəbədən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi