Müəllimlərin iştirakı ilə müşavirələr keçirilir
Mayın 23-də məktəbin hər iki növbəsində dərs deyən müəllimlərin iştirakı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəb rəhbərləri ilə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmənin gücləndirilməsi məqsədilə keçirilən müşavirəyə həsr olunmuş iki görüş keçirildi. Görüşlərdə Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlər və kollektivin qarşısında duran prioritet istiqamətlər müəllimlərin diqqətinə çatdırılıb.