Bədii qiraət müsabiqəsinin Ümummilli Lider H.Əliyevə həsr olunmuş səkkizinci-final mərhələsi

"Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür" 
Herbert Spenser
Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə və məktəbin İllik Fəaliyyət Planıın 1.3.9-cu bəndinə müvafiq olaraq mayın 21-də 76 nömrəli tam orta məktəbdə şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə şeir müsabiqəsinin final mərhələsi keçirildi. Müsabiqə hər ay olmaqla və məktəbin hər iki bölməsini əhatə etməklə səkkiz mərhələdən ibarət olmuşdur. Hər mərhələnin sonunda az bal yığan şagirdlər müsabiqəni tərk edir. Müsabiqənin final mərhələsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ilinə həsr olunmuşdu. Sonda müsabiqəninqalibi olan şagirdlərə Fəxri Fərmanlar verildi. Həmçinin tədbirin sonunda ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ilinə həsr olunmuş inşa və rəsm müsabiqələrinin qaliblərinə də Fəxri Fərmanlar təqdim olundu.
“Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir.
Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün,idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi hazırkı dövrdəmillidəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir.
Hazırkı vaxtda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ilbəil təkmilləşən texniki informasiya vasitələri ilə məlumatlanmaq imkanları genişlənsə də, mütaliə inkişafetdirici amillər arasında öncül mövqeyini saxlamaqdadır.
Bununla belə, aparılan pedaqoji müşahidələr və təhlillər göstərir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləmişdir. Bununla əlaqədar şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.”
Azərbaycan Respublikasının Təhsil Nazirinin 16 dekabr 2014-cü il №1279-li əmrindən .

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi