"Hər bir uşaq istedadlıdır" layihəmizin daha bir iştirakçısı
Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-Əmiraslanov Samir Qabil oğlu.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Mən cüdo ilə məşğul oluram.
3.Bu idman növünə maraq necə oldu yarandı?
-Mən bu idman növünü çox sevirəm.
4.Harda məşq edirsən? Məşqçin kimdir?
-Hövsanda məşq edirəm.Məşqçim Vəliyev Şahin müəllimdir .
5.Neçə ildir ki, cüdo ilə məşğul olursan?
- 4 ildir ki bu idman növü ilə məşğul oluram.
6. 4 il ərzində hansı nailiyyətlər qazanmısan?
-2015-ci ildə iki dəfə I yer
2019-cu ildə I yer qazanmışam.
7.Gələcəyinlə bağlı arzuların?
-Olimpiya çempionu olmaq istəyərəm.