"Gənc istedadlar " breyn-rinq bilik yarışının finalı
Ümumi təhsil sahəsində 2018-2019-cu tədris ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə mayın 17-də 312 nömrəli tam orta məktəbdə 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider” komandalarının iştirakı ilə məktəblilərin "Gənc istedadlar" breyn-rinq bilik yarışının sonuncu final mərhələsi baş tutdu. Yarışın bu mərhələsi ümummilli lider , Azərbaycanı dünya miqyasında tanıdan dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuşdu. Məktəblilər final mərhələsində “Heydər Əliyev və Azərbaycan” başlığı altında Ulu Öndər Heydər Əliyevin həyatı , onun 1970- 80 ci illərdə Azərbaycanın sosial iqtisadi inkişafında rolu, eyni zamanda Azərbaycan Respublikasının müstəqilliyi dövründə fəaliyyətini əhatə edən sualları cavablandırdılar. Sonda bütün mərhələlərin balları toplanaraq qalib gəlmiş 21 nömrəli tam orta məktəbin “Zirvə” komandasına kubok , bütün iştirakçılara isə sertifikatlar təqdim olundu.