Buraxılış siniflərində monitorinqlər aparılır
Məktəbin illik Fəaliyyət planının 1.1.3.3 və 1.1.3.7-ci bəndlərinə uyğun olaraq buraxılış siniflərinin ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə 9-cu siniflərdə yoxlama imtahanları keçirilir. Qiymətləndirmə buraxılış imtahanlarının ikinci mərhələsinə uyğun aparılır.