"Hər bir uşaq istedadlıdır" layihəmizin yen bir iştirakçısı
Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et ?
-Xalıqlı Məhəmməd Famil oğlu.
2.İdmanın hansı növü ilə məşğul olursan ?
- Qaydasız döyüş və futbolla məşğul oluram.
3.Bu sahəyə maraq necə oldu yarandı səndə ?
- İdmanla məşğul olanların uğurlarını gördükcə məndə maraq oyandı.
4. Harda məşq edirsən ? Məşqçin kimdir ?
-Hövsanda “ HÖVSAN İDMAN KOMPLEKSİ “ndə məşq edirəm.Məşqçim Xanlar müəllimdir.
5. Neçə ildir ki, idmanın bu növü ilə məşğul olursan ?
- Artıq 2 ildir ki məşğul oluram.
6.İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar ?
- İdmanla bərabər rəsm müsabiqələrində də iştirak etmişəm və bir çox nailiyyətlər qazanmışam.
7. Gələcəyinlə bağlı arzuların ?
- İstədiyim səviyyəyə qədər ucalmaq istəyirəm.