Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği
Məktəbin illik Fəaliyyət Planının 1.3.25-ci bəndinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq mayın 6-da məktəbin 6"Ç" sinif şagirdləri sinif rəhbəri Aynurə Hüseynovanın təşkilatçılığı ilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ədəbi-bədii kompozisiya keçirmişdilər.