“Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın ilk turu
Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Məktəbin V-VI sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını və Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 11 aprel 2019-cu il tarixli, F-163 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə mayın 4-də məktəbdə “Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın ilk turu keçirildi.