Direktoryanı müşavirə keçirilmişdir
Mayın 3-də ibtidai sinif müəllimlərinin iştirakı ilə direktoryanı müşavirə keçirilmişdir. Görüşdə müəllimlər məktəbdə sağlam mənəvi-psixoloji mühitin yaradılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi və bu istiqamətdə pedaqoji kollektivin məsuliyyətinin artırılması üçün zəruri tədbirlərin icrasına dair müvafiq əmrlərlə tanış edilmiş, ikinci yarımil üçün şagirdlərin obyektiv və qaydalara uyğun qiymətləndirilməsinə dair tapşırıqlar verilmişdir.