Şagirdlərimizin Heydər Əliyev Mərkəzinə ziyarəti davam edir
Məktəbin illik Fəaliyyət Planının 1.3.25-ci bəndinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq mayın 3-də məktəbin 4"E" sinif şagirdləri sinif müəllimi Təhminə Həsənovanın rəhbərliyi ilə Heydər Əliyev Mərkəzində olmuşdular. Şagirdlər daha sonra Atəşgah məbədində də ekskursiyada olmuşdular.